Mövsümdə ilk: “Neftçi”nin 12 xalı

Xəbərlər
30 Mart 2024 16:30
387
Mövsümdə ilk: “Neftçi”nin 12 xalı

“Neftçi” mövsümdə 4-cü dəfə “Qəbələ”yə qalib gəlib.

İdman.biz xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasında mövsümün ilk belə hadisəsidir.

IV dövrənin ilk günündə Qəbələdən 1:0 hesablı qələbə ayrılan Bakı klubu əvvəlki üç sınaqda da xal itirməyib – 2:0, 2:0, 3:1. “Ağ-qaralar” bununla da autsayderdən 12 xal almağı bacarıb.

Qeyd edək ki, XXVIII turun bütün digər cütlərində hər iki komanda rəqibindən xal almağı bacarıb.

İdman.biz