“Amkar”ın sabiq qapıçısı Lunyovu nümunə göstərib

Xəbərlər
30 Mart 2024 11:07
“Amkar”ın sabiq qapıçısı Lunyovu nümunə göstərib

“Top-çempionatı Azərbaycan liqasına dəyişməklə bağlı qərarı hər kəs verə bilməz. Amma Andrey ehtiyatda oturmaq deyil, oynamaq istədi”.

İdman.biz xəbər verir ki, bunu Rusiyanın “Amkar” klubunun sabiq qapıçısı Roman Gerus deyib.

O, Andrey Lunyovun “Bayer”dən “Qarabağ”a keçməsindən sonrakı çıxışını dəyərləndirib: “Ona “əhsən” düşür, düzgün seçim etdi, çempionatda uğur qazandı, Avropa Liqasında yüksək səviyyədə təsir bağışladı. Lunyovun fədakarlığı, işinə münasibəti, zədə bahasına belə komandasını xilas etməsi həmişə xoşuma gəlib. Uşaqları öyrədəndə tez-tez Andreyin oyununu nümunə göstərirəm ki, qapıda necə düzgün oynamaq lazımdır”.

Qeyd edək ki, Lunyov 2023-cü ilin yayında “Bayer”dən “Qarabağ”a keçib və dünən Azərbaycan çempionu titulunu qazanıb.

İdman.biz