İnzaginin yeni müqaviləsi üçün bir şərt

Xəbərlər
28 Mart 2024 22:27
198
İnzaginin yeni müqaviləsi üçün bir şərt

“İnter” baş məşqçi Simone İnzagi ilə yeni müqavilə imzalayacaq.

İdman.biz xəbər verir ki, italiyalı mütəxəssislər 2027-ci ilin yayına kimi razılaşma əldə olunub.

Yeni müqavilənin şərtlərinə görə, İnzaginin məvacibi 5,5 milyon avrodan 6,5 avroya yüksələcək. “İnter” İtaliya çempionu olduqdan sonra razılaşma rəsmiləşəcək. Komanda 29 turdan sonra A Seriyasında liderdir və ən yaxın izləyicisini "Milan"ı 12 xal qabaqlayır.

Qeyd edək ki, İnzagi 2021-ci ildən “İnter”ə rəhbərlik edəcək.

İdman.biz