Anri “Qızıl top”a kimi daha çox layiq bildiyini açıqladı

9 Sentyabr 2026 09:47
83
Anri “Qızıl top”a kimi daha çox layiq bildiyini açıqladı

Fransanın və Londonun “Arsenal” klubunun əfsanəvi sabiq hücumçusu Tyerri Anri bu il “Qızıl top” mükafatına kimi daha çox layiq bildiyini açılayıb.

İdman.Biz xəbər verir ki, sabiq ulduz futbolçunun fikirlərini “Madrid Xtra” dərc edib.

O, nüfuzlu mükafatı Madrid “Real”ının hücumçusu Kilian Mbappeyə verəcəyini bildirib.

Mbappenin vurduğu qol Madrid klubuna Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda Milan “İnter”i üzərində 2:1 hesablı qələbə qazanmağa kömək edib.

“Düşünürəm ki, “Qızıl top”u Mbappe qazanmalıdır. Fərdi baxımdan o, ən yaxşı idi. Kilian Çempionlar Liqasında, dünya çempionatında və La Liqada “Qızıl buts” mükafatını qazanıb”, – deyə Anri bildirib.

Qeyd edək ki, Mbappenin “Qızıl top” uğrunda mübarizədə əsas çatışmazlığı ötən mövsüm komanda səviyyəsində heç bir titul qazana bilməməsidir. Fransa millisinin heyətində də uğur əldə etmək mümkün olmayıb. “Üçrənglilər” dünya çempionatında yalnız yarımfinala qədər irəliləyiblər.

İdman.Biz