Avropa çempionatının 8 iştirakçısı - SİYAHI

Xəbərlər
26 Mart 2024 22:34
199
Avropa çempionatının 8 iştirakçısı - SİYAHI

19 yaşadək futbolçular arasında Avropa çempionatında iştirak edəcək komandalar müəyyənləşib.

İdman.biz xəbər verir ki, turnirin həlledici mərhələsində 8 yığma mübarizə aparacaq.

Meydan sahibi Şimali İrlandiya ilə yanaşı, Türkiyə, Ukrayna, Fransa, İtaliya, İspaniya, Danimarka və Norveç yığmaları bu hüququ əldə ediblər. Final mərhələsi bu il iyulun 15-28-də baş tutacaq.

Qeyd edək ki, Avropa çempionatının püşkü aprelin 17-də Şimali İrlandiyanın paytaxtı Belfastda atılacaq.

İdman.biz