Bu mövsüm ev oyunlarını Şamaxının Olimpiya İdman Kompleksinin stadionunda keçirən Azərbaycanın İkinci Liqa təmsilçisi “Marafon” futbol komandası Sabirabada qayıdır.
Bunu klubun prezidenti Vüsal Xəlilov fanat.az-a bildirib.
Debütant rəqiblərini təmir edərək artıq istifadəyə yararlı vəziyyətə gətirdiyi Bulqalı kənd stadionunda qəbul edəcək.
“Marafon” qarşıdakı iki turda “Dinamo” və “Haypers”lə səfərdə qarşılaşacaq. Komandanın növbəti ev oyunu isə kuboka təsadüf edəcək. “Marafon” “Dinamo” ilə məhz oktyabrın 7-nə təsadüf edəcək kubok qarşılaşmasını doğma meydanda keçirəcək.
Məğlubiyyətsiz irəliləyən “Marafon” dörd turdan sonra 10 xalla ikinci pillədə qərarlaşıb.
