Xankəndi stadionunda yeni səhifə açılır: ilk oyuna hazırlıq - VİDEO

18 Noyabr 2026 10:40
57
Xankəndi stadionunda yeni səhifə açılır: ilk oyuna hazırlıq - VİDEO

Futbol üzrə Azərbaycan Birinci Liqasının səkkizinci turunda noyabrın 19-da keçiriləcək “Xankəndi” - “Karvan-Yevlax” matçı öncəsi meydan sahibləri hazırlıqlarını davam etdirirlər.

İdman.Biz xəbər verir ki, “Xankəndi” klubu qarşılaşma öncəsi məşqə çıxıb.

Qarşılaşma yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçiriləcək ilk rəsmi oyun olacaq. Görüş saat 16:00-da başlayacaq.

“Xankəndi” bundan sonra ev oyunlarını da bu arenada keçirəcək. MOİK-in stadionun xidmətlərindən istifadəsinə isə qış fasiləsindən sonra başlanılması planlaşdırılır.

Qeyd edək ki, MOİK yenidənqurmadan əvvəl də Xankəndi şəhər stadionunda oyun keçirib. Ordu təmsilçisi 2023-cü il dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşıb. Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu əlavə olunmuş vaxtda Nəriman Axundzadə vurub.

İdman.Biz