İspaniyanın “Barselona” futbol klubu qarşıdakı 28 gün ərzində 9 oyuna çıxacaq.
İdman.Biz xəbər verir ki, bu, Avropanın beş aparıcı çempionatında çıxış edən klublar arasında fasilədən sonrakı ən sıx oyun qrafikidir. Kataloniya təmsilçisi orta hesabla hər 3,1 gündən bir meydana çıxmalı olacaq.
Sıx qrafikdə “Barselona”nın rəqibləri arasında Azərbaycan çempionu “Sabah” da yer alır. Komandalar noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Bakıda üz-üzə gələcəklər. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bildirilib ki, “Real Madrid” və “Atletiko” da eyni müddətdə 9 oyun keçirəcəklər. Lakin onların bu qarşılaşmaları 29 günə təsadüf edəcək.
Qeyd edək ki, sıx oyun qrafikinin yaranmasına La Liqada bəzi qarşılaşmaların tarixinin dəyişdirilməsi də təsir edib. Belə ki, İspaniya Superkubokunda iştirak edəcək “Barselona”, “Atletiko”, “Real Madrid” və “Real Sosyedad”ın 23-cü tur çərçivəsindəki oyunları fevral ayından dekabrın 2-nə keçirilib.
