Stanislav Çerçesov AFFA-nın siyahısında

Xəbərlər
26 Mart 2024 10:35
765
Stanislav Çerçesov AFFA-nın siyahısında

Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biri bəlli olub.

İdman.biz xəbər verir ki, rusiyalı mütəxəssis Stanislav Çerçesov yığmamızın "sükanı arxası"na keçə bilər.

Çerçesov AFFA-nın üç namizədi sırasında yer alıb. Rusiya yığmasının sabiq baş məşqçisinə təklif göndərilməyib. AFFA digər namizədlər kimi onun da təyinatını nəzərdən keçirir.

Qeyd edək ki, Canni de Byazinin müqaviləsi başa çatdıqdan sonra baş məşqçisiz qalan Azərbaycan millisini son iki yoldaşlıq oyununa Arif Əsədov çıxarıb.

İdman.biz

Məqalədə: