Musanın final oyununun keçirilmə tarixi dəyişib

Xəbərlər
24 Mart 2024 19:37
519
Musanın final oyununun keçirilmə tarixi dəyişib

İsveç kubokunda final matçının keçirilmə tarixi dəyişdirilib.

İdman.biz xəbər verir ki, Musa Qurbanlının çıxış etdiyi “Yurqorden”in oyunu mayın 1-nə təyin olunub.

“Malmö” ilə final görüşü əvvəlcədən planlaşdırldığı kimi, mayın 9-da deyil, bir həftə əvvəl keçiriləcək. İsveç Futbol Federarasiyası təhlükəsizlik tədbirləri səbəbindən oyunun vaxtını dəyişdirib. Mayın 9-da finalın baş tutacağı Malmö şəhərində Avroviziya yarışının yarımfinalı təşkil olunacaq.

Qeyd edək ki, “Malmö” – “Yurqorden” final matçı mayın 1-də, saat 15:00-da start götürəcək.

İdman.biz