Məşqdə vəziyyəti pisləşən 24 yaşlı futbolçu vəfat edib

Xəbərlər
23 Mart 2024 17:08
219
Məşqdə vəziyyəti pisləşən 24 yaşlı futbolçu vəfat edib

Boliviyanın “Real Santa Kruz” klubunun kolumbiyalı futbolçusu Gilyermo Beltran ölüb.

İdman.biz xəbər verir ki, 24 yaşlı futbolçunun vəziyyəti məşqdə pisləşib.

Klubun məşqindən əvvəl ürəyinin bulandığını, başının gicəlləndiyini deyən Beltran hazırlığın gedişində yerə yıxılıb. Hücumçu xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qeyd edək ki, Beltran bu mövsüm “Real Santa Kruz”da meydana çıxdığı 24 oyunda 1 qol və 3 asistlə yadda qalıb.

İdman.biz

Məqalədə: