Yassin Benzia qol vurub, Əlcəzair qələbə qazanıb – VİDEO

Xəbərlər
23 Mart 2024 10:41
Yassin Benzia qol vurub, Əlcəzair qələbə qazanıb – VİDEO

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, onun komandası evdə "FİFA series - Edition 2024" turniri çərçivəsində Boliviyanı sınağa çəkib.

Matç əlcəzairlilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna ikinci hissədə daxil olan Benzia komandasının bərabərlik (2:2) qolunu vurub.

Qeyd edək ki, 6 ildən sonra yığmaya qayıdan Yassin millisində 5-ci matçını keçirib. O, əvvəlki qarşılaşmalarda da 1 dəfə fərqlənib.

İdman.biz