“Qarabağ”ın qapıçısı: “Bayer”lə son iki matçadək belə olmurdu”

Xəbərlər
22 Mart 2024 13:13
“Qarabağ”ın qapıçısı: “Bayer”lə son iki matçadək belə olmurdu”

"Əlbəttə, Serbiya ilə oyunu müsbət dəyərləndirirəm. Əla nəticə və yaxşı oyun oldu".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.

Serbiya ilə yoldaşlıq matçında (4:0) Rusiya yığmasının ehtiyat oyunçular skamyasında qalan 32 yaşlı qolkiper görüşdən razı qalıb: "Biz çalışırdıq və müasir futbol oynayırdıq: yüksək pressinq, rəqibin pressinqindən çıxış. Bir tərəfdən belə erkən qırmızı vərəqə üçün təəssüflənirəm. Amma digər tərəfdən baxanda, bu, futboldur".

Lunyov Paraqvayla yoldaşlıq görüşündə şans qazanacağına ümidlidir: "Ümid edirəm ki, Paraqvayla matçda meydana çıxacam. Qərarı məşqçilər korpusu verəcək. Hələ heç nə aydın deyil. Gözləyək, görək".

Andrey Avropa Liqasının 1/8 finalını da xatırlayıb: "Əlbəttə, çox təəssüf edirəm ki, "Bayer"i keçə bilmədik. Hər iki qarşılaşmada qələbəyə yaxın idik. Amma nəticə belə oldu. Kimsə qalib gəlir, kimsə uduzur, bu, futboldur. Ümumilikdə yaxşı futbol oynadıq".

Lunyov Rusiyadan ona olan böyük maraqdan xəbərsiz deyil: "Bunu "Braqa" ilə görüşdən sonra hiss etməyə başladım. "Bayer"lə son iki matçda Rusiyadan olan diqqət xüsusilə böyük idi. Buna qədər belə böyük diqqət olmurdu".

Qeyd edək ki, Rusiya – Paraqvay oyunu martın 25-də keçiriləcək.

İdman.biz