Ronaldo Portuqaliya millisinin İsveçlə oyununu buraxacaq

Xəbərlər
19 Mart 2024 08:58
132
Ronaldo Portuqaliya millisinin İsveçlə oyununu buraxacaq

Kriştiano Ronaldo Portuqaliya millisinin İsveçlə yoldaşlıq oyununda iştirak etməyəcək.

İdman.biz xəbər verir ki, bunu yığmanın mətbuat xidməti açıqlayıb.

39 yaşlı ulduz futbolçu bu matçın heyətinə daxil edilməyib. Ronaldo martda keçiriləcək yoldaşlıq oyunları üçün açıqlanan heyətdə yer alsa da, komandanın düşərgəsinə Sloveniya ilə qarşılaşma ərəfəsində gələcək.

Qeyd edək ki, Portuqaliya yığması martın 21-də İsveçlə, 26-da Sloveniya ilə görüşəcək.

İdman.biz