Yassin Benzia: “Əlcəzair millisinə qayıtmaq fikrindən heç vaxt əl çəkməmişəm”

Xəbərlər
18 Mart 2024 17:01
Yassin Benzia: “Əlcəzair millisinə qayıtmaq fikrindən heç vaxt əl çəkməmişəm”

“Mən hər zaman Əlcəzair millisinə qayıtmaq istəyirdim. Həmişə, xüsusilə də baş verən avtomobil qəzasından sonra qarşımda bu məqsədi qoymuşam”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Yassin Benzia deyib.

Əlcəzair mətbuatına açıqlama verən yarımmüdafiəçi 2018-ci ildən sonra ilk dəfə milliyə dəvət almasına münasibət bildirib. O, yığmaya çağırılmasına görə xoşbəxt olduğunu deyib: “Az oynadığım zaman milliyə dəvət olunmamağım normal idi. Amma əvvəlki səviyyəmi bərpa etdikdən sonra düşünürəm ki, bu dəvətə layiqəm. Hər zaman iddialarım olub. Xətrinə dəydiyim bütün futbolçulardan və azarkeşlərdən üzr istəyirəm”.

Benzia millidən daha əvvəl təklif gözlədiyini də gizlətməyib: “Əlcəzair millisini Afrika Millətlər Kubokunda təmsil etmək istəyirdim. Amma bu, baş vermədi. Aydındır ki, məyus oldum. Çünki mən rəqabətədavamlı oyunçuyam və Əlcəzair millisinə qayıtmaq fikrindən heç vaxt əl çəkməmişəm”.

Qeyd edək ki, Benzia Əlcəzair millisində 4 oyun keçirib. O, bu matçlarda 1 qola imza atıb.

İdman.biz