Ramil Şeydayevin komandasının prezidenti istefa verib - SƏBƏB

Xəbərlər
16 Mart 2024 09:39
Ramil Şeydayevin komandasının prezidenti istefa verib - SƏBƏB

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor" başsız qalıb.

İdman.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1-ci Liqa təmsilçisinin prezidenti Engin Koyun istefa verib.

Buna komandanın ardıcıl 6 matçda qələbə üzünə həsrət qalması səbəb olub. Onu mövsümün sonuna qədər vəkili Rəcəb Durul əvəzləyəcək.

Qeyd edək ki, "Kocaelispor" 27 turdan sonra 45 xalla 3-cü pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: