Azərbaycanda azarkeşləri təhqir edən futbolçularla bağlı qərar verilib

Xəbərlər
15 Mart 2024 16:45
356
Azərbaycanda azarkeşləri təhqir edən futbolçularla bağlı qərar verilib

“Şəfa”nın azarkeşləri təhqir edən futbolçularının taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, oyunçuların davranışını AFFA-nın İntizam Komitəsində müzakirə olunub.

II Liqanın XVI turunun “Şəmkir”lə səfər görüşündə “fərqlənən”lər cəzalarını alıblar. Qarşılaşmanın 28-ci dəqiqəsində Nicat Abbasov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu üzdən futbolçu 4 oyun cəzalanıb. O, klubunu 350 manat cəriməyə məruz qoyub.

Matçın 33-cü dəqiqəsində Ramiz Qasımovun ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra oyunun baş hakimi və azarkeşləri təhqir edib. O, 4 matçlıq cəzalanıb. “Şəfa” klubu 350 manat cərimə edilib.

İdman.biz

Məqalədə: