Musa Qurbanov: “Onlar Qurbanla gündəmə gəlmək istəyirlər” – VİDEO

Müsahibə
14 Mart 2024 15:59
354
Musa Qurbanov: “Onlar Qurbanla gündəmə gəlmək istəyirlər” – VİDEO

“Qurban Qurbanova təkliflərlə bağlı xəbərləri biz də mətbuatdan oxuyuruq və bunu normal qarşılayırıq”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan veteran futbolçu, Qurban Qurbanovun qardaşı Musa Qurbanov deyib.

Təcrübəli mütəxəssis qardaşının adının tez-tez xarici klublarla birgə çəkilməsinə münasibət bildirib. Onun sözlərinə görə, insan diqqət mərkəzində olanda onun barəsində çox yazmağa çalışırlar: “Qurbanla gündəmə gəlmək istəyirlər. Amma real bir təklif olmayıb. Əgər olsaydı, ilk bilənlərdən biri yəqin ki, mən olardım”.

59 yaşlı veteran futbolçu Qurban Qurbanovla Avropada hansısa klubu çalışdırmaqla bağlı söhbətləri olmadığını da deyib: “Məncə, bu nəticələrdən, görülən işlərdən sonra mütləq ən azı Türkiyədən təkliflər gözlənilməlidir. Azərbaycanlı olduğuna görə bəlkə də bu yox idi. Onun nəticələrini başqa Avropa ölkələrində göstərsəydilər, təkliflər çoxdan gəlmişdi. Qurban öz işindən, burada qalmaqdan, “Qarabağ”ın uğurları üçün çalışmaqdan çox razıdır. Ona görə də o barədə heç bir dəfə də olsun nə söhbət etmişik, nə də diskussiya aparmamışıq. Fikri yalnız “Qarabağ”ı inkişaf etdirmək, bu klubla uğurlara imza atmaqdır”.

Qeyd edək ki, “Bayer” - “Qarabağ” bu gün matçı saat 00:00-da başlayacaq.

Emin Ağa
İdman.biz