“Qurban Qurbanovun məşqçilikdə uğurlu olmasının başlıca səbəbi xarakteridir”.
Bunu "İdman Bizdə" verilişinin qonağı olan veteran futbolçu, Qurban Qurbanovun qardaşı Musa Qurbanov deyib.
59 yaşlı mütəxəssis bildirib ki, qardaşının məşqçi kimi uğurlu olmasının kökündə böyük zəhmət durur: “Həmişə Qurbandan futbolçu kimi böyüməsindən daha çox dünya görüşünün böyüməsini istəmişəm. Futbolçu olmaq üçün yetərincə çox çalışırdı. Qurban da, mən də futbola bir az gec gəlmişik. Qurbanın uğurlarının özəyində onun zəhməti, əziyyəti durur. Bütün oynadığımız komandalarda futbolçular 2-3 saat məşq edirdisə, Qurban onun üçqatını çalışırdı. Çünki bəzi futbolçularda olan anadangəlmə istedad nə məndə, nə də Qurbanda olmayıb. Ancaq çəkdiyimiz zəhmət, işgüzarlıq bizi bu səviyyəyə çatdırıb. Hətta Qurban Rusiyada oynadığı zaman bəyəndiyi mütəxəssislərin məşqlərini dəftərlərinə yazırdı. Mən də işlədiyim zaman dəftərdən istifadə edirdim”.
Emin Ağa
İdman.biz