Bolqarıstan millisi Bakıya itki ilə gələcək

Xəbərlər
13 Mart 2024 13:00
145
Bolqarıstan millisi Bakıya itki ilə gələcək

FİFA tərəfindən təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsində iştirak üçün Bakıya gələcək Bolqarıstan millisinin heyətində dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, “Lüdoqorets”in futbolçusu Todor Nedelev yığmanın heyətindən çıxarılıb.

O, martın 22-də Tanzaniya, üç gün sonra Azərbaycanla qarşılaşacaq milli ilə ölkəmizə gəlməyəcək. Buna 31 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub. Nedelev bir ay müddətinə sıradan çıxıb.

Qeyd edək ki, Nedelev millidə son oyununu 2022-ci ilin iyununda keçirib.

İdman.biz

Məqalədə: