“Selta” Rafael Beniteslə yollarını ayırıb

Xəbərlər
12 Mart 2024 17:35
213
“Selta” Rafael Beniteslə yollarını ayırıb

İspaniyanın “Selta” klubu baş məşqçisi Rafael Beniteslə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

63 yaşlı mütəxəssislə birlikdə onun rəhbərlik etdiyi məşqçilər korpusu da komandadan ayrılıb. 2023-cü ilin yayında “Selta”nın “sükanı arxası”na keçən Benites komandanı 33 oyuna çıxarıb. Bu müddətdə 9 qələbə qazanan Viqo təmsilçisi 9 heç-heçə edib və 15 dəfə uduzub.

Qeyd edək ki, 28 turdan sonra 24 xala malik “Selta” turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

İdman.biz