Adil Şükürov: “Qarabağ”la matçdan sonra hansı stadionda oynayacağımızı bilmirəm”

Müsahibə
12 Mart 2024 15:43
142
Adil Şükürov: “Qarabağ”la matçdan sonra hansı stadionda oynayacağımızı bilmirəm”

“Hazırda stadion tapmaq çox çətindir”.

Bunu İdman.bizə “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Gəncə şəhər stadionunda təmirlə bağlı arena problemi yaşayan komanda növbəti oyunlarını harada keçirəcəyini bilmir. Öncə Qəbələdə, ardınca Tovuzda oynayan “Kəpəz” Premyer Liqanın XXVIII turunda “Qarabağ”ı Tofiq Bəhramov adına Respublika stadionunda “qəbul edəcək”.

Şükürovun sözlərinə görə, danışıq apardıqları stadionların heç biri yaxşı vəziyyətdə deyil: “Buna görə də hansı stadionda bir az boşluq olursa, çalışırıq həmin arenanı danışaq. Daha sonra harada oynayacağımızı bilmirəm. Yəqin ki, yenə hansı stadionda yer olsa, orada da meydana çıxacağıq”.

Qeyd edək ki, “Kəpəz” turnir cədvəlində 27 xalla 9-cu pillədə qərarlaşıb.

Banuçiçək Hüseynli
İdman.biz