"Barselona"dan 3 qollu qələbə, penalti seriyası "Arsenal"ı 1/4 finala yüksəldib - VİDEO

Xəbərlər
13 Mart 2024 02:49
246
"Barselona"dan 3 qollu qələbə, penalti seriyası "Arsenal"ı 1/4 finala yüksəldib - VİDEO

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin son həftəsi start götürüb.

İdman.biz xəbər verir ki, cavab görüşləri çərçivəsində iki matç baş tutub.

Londonda “Arsenal” “Porto”nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda da eyni hesab qeydə alındığından komandalar əlavə yarımsaatda qüvvələrini sınayıblar. Bu dəfə də güclü müəyyən olunmadığı üçün penalti zərbələrinə ehtiyac duyulub. Lotoreyada daha dəqiq olan "Arsenal" 1/4 finala yüksəlib.

“Barselona” “Napoli” ilə qarşılaşmada erkən qollar sayəsində üstünlük qazanıb. Neapolluların gücü yalnız buraxılan qollardan birinin əvəzini çıxmağa çatıb.

Qeyd edək ki, 1/8 final mərhələsinə sabah yekun vurulacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
12 mart

00:00. “Barselona” – “Napoli” - 3:1

Qollar: Fermin Lopes, 15. Kanselo, 17. Levandovski, 83 - Rrahmani, 30
İlk oyun – 1:1

00:00. “Arsenal” – “Porto” - 1:0, pen. 4:2

Qol: Trossar, 41
İlk oyun – 0:1

İdman.biz