Azərbaycan millisi irəliləyəcək – FİFA reytinqində

Xəbərlər
11 Mart 2024 10:02
631
Azərbaycan millisi irəliləyəcək – FİFA reytinqində

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, beynəlxalq ekspertlər bu ay keçiriləcək oyunların gözlənilən nəticələrinə əsasən, yeni siyahı ilə bağlı proqnoz hazırlayıb.

Ehtimallar cədvəlində Azərbaycan millisi bir pillə irəliləyib. 1182,78 xalı olacağı gözlənilən yığmamız 112-ci sırada qərarlaşacaq. Buna komandamızın Monqolustan və Bolqarıstanla görüşləri səbəb olacaq.

Əgər ehtimallar doğrulsa, millimiz Keniya və Konqonu keçəcək. Əvəzində Hindistan yığmamızı geridə qoyacaq.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, üç gün sonra Bolqarıstanla üz-üzə gələcək.

İdman.biz

Məqalədə: