Yurgen Klopp dünyanın ən yaxşı baş məşqçisini açıqlayıb: “Özüm də başa düşmürəm”

Xəbərlər
9 Mart 2024 14:27
169
Yurgen Klopp dünyanın ən yaxşı baş məşqçisini açıqlayıb: “Özüm də başa düşmürəm”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp dünyanın ən yaxşı çalışdırıcısı hesab etdiyi mütəxəssisin adını açıqlayıb.

İdman.biz xəbər verir ki, almaniyalı məşqçi Premyer Liqanın “Mançester Siti” ilə matçından əvvəl ən yaxşı ilə bağlı sualı cavablandırıb.

O, sabah baş tutacaq görüşdəki rəqibini planetin ən yaxşısı hesab edir: “Pep Qvardiola dahi məşqçidir. Düzdür, hazırda onunla duellərdə üstünlük mənim tərəfimdədir. Amma düzünü deyim ki, özüm də başa düşmürəm ki, bu, necə alınıb. Mən özüm də işimi pis görmürəm. Amma mənim üçün dünyada ən yaxşı Qvardioladır”.

Qeyd edək ki, Kloppla Qvardiolanın komandaları 29 dəfə üz-üzə gəlib. 12 dəfə almaniyalı, 11 dəfə ispaniyalı qalib tərəfdə olub.

İdman.biz