“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud idman vətəndaşlığını dəyişməyə yaxındır.
İdman.biz xəbər verir ki, icarə əsasında “Xetafe”də çıxış edən 23 yaşlı hücumçu Yamayka milli komandasına cəlb oluna bilər.
Onun milliləşməsinə ana tərəfdən Yamayka köklərinin olması kömək edəcək. O, əvvəlki yığmasında 3-dən az oyun keçirdiyi üçün bu dəyişiklik mümkündür. Meyson İngiltərə millisində cəmi 1 matçda meydana çıxıb.
Qeyd edək ki, İngiltərənin əsas yığmasında 2020-ci ildə debüt edən forvard bunadək U-15, U-17, U-18 və U-21 millilərində forma geyinib.
İdman.biz
