"Mançester Siti" və "Real" 1/4 finalda - VİDEO

Xəbərlər
7 Mart 2024 01:53
495
"Mançester Siti" və "Real" 1/4 finalda - VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

İdman.biz xəbər verir ki, cavab görüşləri çərçivəsində iki matç baş tutub.

Bu oyunlar 1/4 finalın daha iki iştirakçısının adına aydınlıq gətirib. “Real” və “Mançester Siti” bu hüququ əldə edib.

Madrid klubu səfərdə məğlub etdiyi “Leypsiq”lə evdə heç-heçə oynayıb. Turnirin qalibi isə “Kopenhagen”i eyni hesabla məğlub edib. "Mançester Siti" hər iki qarşılaşmada 3:1 hesabı ilə üstün olub.

Qeyd edək ki, bir gün əvvəl “Bavariya” və PSJ 1/4 finala adlayıb.

Çempionlar Liqası
1/8 final, cavab oyunları

6 mart
00:00. “Real” – “Leypsiq” - 1:1
Qollar:
Vinisius, 65 - Orban, 68
İlk oyun – 1:0

00:00. “Mançester Siti” – “Kopenhagen” - 3:1
Qollar:
Akanji, 5. Alvares, 9. Holand, 45+3 - Elyunussi, 29
İlk oyun – 3:1

İdman.biz

Məqalədə: