Azərbaycan millisinin daha bir rəqibi dəqiqləşib

Xəbərlər
5 Mart 2024 12:48
Azərbaycan millisinin daha bir rəqibi dəqiqləşib

Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Millimiz Albaniya yığması ilə qarşılaşacaq. Görüş iyunun 7-də baş tutacaq. Oyunun keçiriləcəyi məkan və başlama saatı hələ dəqiqləşməyib.

Qeyd edək ki, yığmamız bu ay iki yoldaşlıq görüşünə çıxacaq. Komandamız “FİFA Series” çərçivəsində martın 22-də Monqolustan, 25-də Bolqarıstanla üz-üzə gələcək.

İdman.biz