“Neftçi” 457 gündən sonra evdə böyük hesabla məğlub olub

Xəbərlər
4 Mart 2024 10:39
487
“Neftçi” 457 gündən sonra evdə böyük hesabla məğlub olub

Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzan “Neftçi” çempionatın 2023/24 mövsümümdə ilk dəfə böyükhesbalı məğlubiyyət alıb.

İdman.biz xəbər verir ki, Bakı klubu sonuncu dəfə 2023-cü il mayın 7-də ağır yenilgiyə üzülüb.

Həmin gün “Neftçi” səfərdə “Turan Tovuz”a 0:4 hesabı ilə uduzub. 27 oyunda üç və ya daha çox top fərqi ilə uduzmayan “ağ-qaralar” 301 gün sonra “Qarabağ”a yenilib.

Bakılıların evdəki son böyukhesablı məğlubiyyəti isə 457 gün əvvəl olmuşdu. 2022-ci il dekabrın 2-də “Qarabağ”la qarşılaşmada qonaqlar 4 cavabsız qola sevinib. Bundan sonrakı 21 ev matçında belə acınacaqlı nəticə yaşanmamışdı.

Qeyd edək ki, “Neftçi” cari mövsümün hər üç oyununda ağdamlılara uduzub – 0:2, 0:2, 1:4.

Vüqar Xeyrullayev
İdman.biz