60 ildə ilk dəfə - VİDEO

Xəbərlər
4 Mart 2024 09:24
8 134
60 ildə ilk dəfə - VİDEO

“Yuventus” İtaliya A seriyasının XXVII turunda “Napoli”yə uduzub.

İdman.biz xəbər verir ki, Turin təmsilçisi bununla da Neapoldakı çempionat matçlarında ardıcıl 5-ci məğlubiyyətini alıb.

“Byankoneri” son 60 ildə ilk dəfə belə uğursuzluqla üzləşib. Bu müddətdə heç bir komanda “Yuventus”la ardıcıl 5 ev oyununda qələbə qazanmamışdı.

Buna nail olan son klub “Fiorentina”dır. Florensiya təmsilçisi 1960-64-cü illərdə 6 ev görüşündə “Yuventus”u xalsız qoyub.

Qeyd edək ki, “Napoli” turinlilərə 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə: