“Neftçi” baş məşqçisini mal daşıyan taksi ilə yola salıb - VİDEO

Müsahibə
1 Mart 2024 14:02
807
“Neftçi” baş məşqçisini mal daşıyan taksi ilə yola salıb - VİDEO

“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjelanı necə yola saldığı bəlli olub.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Ramin Musayev açıqlayıb.

O, 17 il əvvəl vitse-prezidenti olduğu Bakı klubuna dəvət etdiyi çexiyalı mütəxəssisi necə qovduqlarını yada salıb. Musayev bildirib ki, Petrjela üçün mal daşıyan taksi çağırdıqlarını qeyd edib: “Sual verə bilərlər ki, ay Ramin, sən də o vaxt xarici məşqçi gətirmişdin. Bəli, Petrjela gəldi. Petrjelanın vaxtında oyunçularımız var idi. Onu bilirsən necə qovduq burdan? Yaşıl bazarın mal daşıyan taksiləri var. Arxa oturacaqları yoxdur. Onunla yola saldıq. Biz düşündük ki, “Zenit”də nəticə verdi. Baxdıq ki, bu üzdən o, dəyişdi. Mənim haqqımda olmayan sözləri dedi. Sonra nə bəlli oldu? Narkotikdən müalicə alır. Öz həyat yoldaşı dedi. Düzdür? Səhvə yol verdik. Tez səhvimizi düzəltdik”.

Qeyd edək ki, Petrjela 2007-ci ilin sentyabrından dekabrına qədər “Neftçi”nin baş məşqçisi olub. Musayev həmin dövrdə “ağ-qaralar”ın vitse-prezidenti kimi çalışıb.

İdman.biz

Məqalədə: