“Bayer” rəsmisi: “Xabi bu haqda çox danışıb”

Xəbərlər
1 Mart 2024 11:26
“Bayer” rəsmisi: “Xabi bu haqda çox danışıb”

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bayer”in baş məşqçisi Xabi Alonsonun çoxsaylı təkliflər alması klub rəhbərliyini narahat etmir.

İdman.biz xəbər verir ki, bunu Almaniya təmsilçisinin idman direktoru Simon Rolfes açıqlayıb.

O, ispaniyalı mütəxəssisin Avropa nəhənglərinin hədəfində olmasına münasibət bildirib: “Mən arxayın və nikbinəm. Məşqçi üçün ən vacibi rahatlığı və öz yerində olduğunu hiss etməsidir. Xabi bu haqda çox danışıb”.

Qeyd edək ki, Alonso 2022-ci ilin oktyabrından “Bayer”i çalışdırır.

İdman.biz

Məqalədə: