Poqbaya 4 illik diskvalifikasiya

Xəbərlər
29 Fevral 2024 16:09
166
Poqbaya 4 illik diskvalifikasiya

“Yuventus”un futbolçusu Pol Poqbanın cəzası bəlli olub.

İdman.biz xəbər verir ki, fransalı yarımmüdafiəçi 4 il müddətinə diskvalifikasiya olunub.

Buna səbəb futbolçunun orqanizmində dopinqin aşkarlanmasıdır. 2023-cü ilin oktyabrında Poqba iki dəfə test verib. Müayinələr onun orqanizmindəki testosteronun həddən artıq yüksək olduğunu üzə çıxarıb.

Qeyd edək ki, Pol 2022-ci ilin yayında “Yuventus”a qayıdıb. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

İdman.biz

Məqalədə: