“Çelsi”nin futbolçusu Joao Pedro dizindəki problem səbəbindən təxminən 25 gün yaşıl meydanlardan uzaq qalacaq.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu çərşənbə axşamı müayinədən keçib. Testlər zamanı ön çarpaz və medial yan bağlardakı gərilmə nəticəsində dizində şişkinlik aşkarlanıb.
“Çelsi” hücumçunun 25 gün istirahət etməsi barədə tövsiyə alıb. Bu səbəbdən Joao Pedro cümə günü keçiriləcək “Brentford”la matçı buraxacaq.
Joao Pedro artıq Braziliya millisinin heyətindən çıxarılıb. O, fasilədən bərpa prosesi üçün istifadə edəcək.
