Klopp Almaniyada seçki nəticələrinə münasibət bildirib

17 Sentyabr 2026 22:46
85
Klopp Almaniyada seçki nəticələrinə münasibət bildirib

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp ilk heyətin açıqlanmasına həsr olunan mətbuat konfransında Saksoniya-Anhaltda AfD-nin əldə etdiyi seçki nəticələrinə münasibət bildirib.

AfD sentyabrın 6-da Saksoniya-Anhalt federal ərazisində keçirilən seçkilərdə səslərin 43,8 faizini qazanıb.

İdman.Biz xəbər verir ki, Klopp partiyanın adını birbaşa çəkməyib. O deyib: “Son vaxtlar ağlasığmaz dərəcədə çox şey baş verib. Bəzi insanların yəqin ki, normal hesab edəcəyi seçkilər keçirildi. Lakin digərləri düşünəcək: “İlahi, burada ümumiyyətlə nə baş verir?”

Almaniyalı mütəxəssis idman dünyasından olan bir insan kimi “bayrağı özümüzə və hamımıza qaytarmaq” istədiyini bildirib və “pozitiv vətənpərvərlik” çağırışı edib.

“Mən alman olmaqdan qürur duya bilərəm və eyni zamanda açıq fikirli, müxtəlifliyi dəstəkləyən, xeyirxah və mehriban qala bilərəm”, – deyə Klopp əlavə edib.

Qeyd edək ki, Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi (BfV) AfD-ni sağ ekstremist fəaliyyət şübhəsi altında olan siyasi qüvvə kimi qiymətləndirib.

Klopp iyul ayında Almaniya millisinin baş məşqçisi təyin olunub. O, ilk heyətini sentyabrın 17-də açıqlayıb və qarşıdakı Millətlər Liqası oyunları üçün ümumilikdə 44 futbolçu dəvət edib. Almaniya millisinin onun rəhbərliyi altında ilk oyunu sentyabrın 24-də Niderlanda qarşı olacaq.

İdman.Biz