Paulu Fonseka “Lion”dan ayrılaraq “Sportinq”in baş məşqçisi oldu

4 Noyabr 2026 17:25
19
Paulu Fonseka “Lion”dan ayrılaraq “Sportinq”in baş məşqçisi oldu

Portuqaliyalı baş məşqçi Paulu Fonseka Fransanın “Lion” klubundan ayrılaraq Lissabon “Sportinq”inin sükanı arxasına keçib. Mütəxəssisin mövsümün ortasında baş tutan keçidi onun sabiq klubuna təzminat qazandırıb.

İdman.Biz "Reuters"ə istinadən xəbər verir ki, “Sportinq” 53 yaşlı mütəxəssislə müqaviləni vaxtından əvvəl ləğv etmək üçün “Lion”a 5 milyon avro ödəyəcək.

Fonseka Fransa klubuna il yarımdan çox rəhbərlik edib. Onun “Lion”la müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədə idi. Klub rəhbərliyi mütəxəssisin gözlənilməz ayrılmasından, xüsusilə də bu qərarın mövsümün gedişində verilməsindən təəssüfləndiyini bildirib.

Portuqaliyalı mütəxəssis “Sportinq”də daha əvvəl müqaviləsinə xitam verilməsi ilə bağlı danışıqlara başlanılan Rui Borqesi əvəz edəcək. Məlumata görə, Fonseka ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq.

Lissabon təmsilçisi UEFA Çempionlar Liqasının ümumi mərhələsində 9 xalla 6-cı, Portuqaliya çempionatında isə 3-cü pillədə qərarlaşıb.

“Lion”da baş məşqçi vəzifəsini müvəqqəti olaraq Fonsekanın əvvəlki köməkçisi Jorje Masiel icra edəcək. Fransa klubu Liqa 1-də 3-cü, UEFA Avropa Liqasının ümumi mərhələsində isə 12-ci yerdədir.

İdman.Biz
Məqalədə: