“Everton”un 4 xalını qaytarıblar

Xəbərlər
26 Fevral 2024 17:43
156
“Everton”un 4 xalını qaytarıblar

İngiltərə Premyer Liqası “Everton”un hesabından silinən xallardan 4-nü qaytarıb.

İdman.biz xəbər verir ki, bu, Liverpul təmsilçisinin apelyasiya şikayətinə baxıldıqdan sonra reallaşıb.

Müraciəti müsbət nəticələnən klub cəzanın bir qismindən azad olub. 2023-cü ilin noyabrın Premyer Liqa maliyyə feyr-pleyi pozuntularına görə “Everton”un 10 xalını silmişdi. Bu xallardan 4-nü geri qaytarılıb.

Nəticədə klub turnir cədvəlində 17-ci pillədən 15-ci yerə yüksəlib. Artıq “Everton”un hesabında 25 xal var.

Qeyd edək ki, Şon Daiçin yetirmələri növbəti turda “Vest Hem”i qəbul edəcək.

İdman.biz

Məqalədə: