“Qızıl top”a namizədlər: “Qarabağ”ın rəqibi Messidən öndə

Xəbərlər
26 Fevral 2024 16:23
484
“Qızıl top”a namizədlər: “Qarabağ”ın rəqibi Messidən öndə

“Qızıl top”a namizədlərin yeni reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, “Goal.com”un tərtib etdiyi cədvəldə 20 futbolçu yer alıb.

Ötən siyahı ilə müqayisədə Vircil van Deyk “20-lik”də yeni addır. “Liverpul”un müdafiəçisi “Atletiko”nun hücumçusu Alvaro Moratanı siyahıdan çıxarıb.

2024-cü ilin ən yaxşısı olmağa əsas namizəd Cud Bellinqemdir. Kilian Mbappe 2-ci, Erlinq Haland 3-cü sırada yer alıb.

Kriştiano Ronaldo 17-ci, Lionel Messi 20-cidir. Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın rəqibi olan “Bayer”in ulduzu Florian Virts argentinalını qabaqlayaraq 19-cu yerdə qərarlaşıb.

1. Cud Bellinqem (“Real”)
2. Kilian Mbappe (PSJ)
3 Erlinq Haland (“Mançester Siti”)
4. Filip Foden (“Mançester Siti”)
5. Rodri (“Mançester Siti”)
6. Harri Keyn (“Bavariya”)
7. Məhəmməd Salah (“Liverpul”)
8. Vinisius Junior (“Real”)
9. Lautaro Martines (“İnter”)
10. Bukayo Saka (“Arsenal”)
11. Vircil van Deyk (“Liverpul”)
12. Antuan Qrizmann (“Atletiko”)
13. Xulian Alvares (“Mançester Siti”)
14. Bernardo Silva (“Mançester Siti”)
15. Deklan Rays (“Arsenal”)
16. Rodriqo (“Real”)
17. Kriştiano Ronaldo (“Əl-Nəsr”)
18. Kevin de Bruyne (“Mançester Siti”)
19. Florian Virts (“Bayer”)
20. Lionel Messi (“İnter Mayami”)

İdman.biz