Güclü yanğın səbəbindən "Qranada" - "Valensiya" matçı təxirə salınıb

Xəbərlər
24 Fevral 2024 14:40
628
Güclü yanğın səbəbindən "Qranada" - "Valensiya" matçı təxirə salınıb

İspaniya çempionatının 26-cı turu çərçivəsində keçiriləcək "Qranada" - "Valensiya" matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

İdman.biz xəbər verir ki, bu barədə La Liqa məlumat yayıb.

Buna səbəb axşam saatlarında Valensiyada baş vermiş güclü yanğın olub. Oyunun təxirə salınmasını şəhərin eyniadlı klubunun nümayəndələri istəyib.

Yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb, 20 nəfər itkin düşüb. Bu, Valensiyanın tarixində ən böyük yanğın hadisədir.

Qeyd edək ki, "Qranada" – "Valensiya" matçı bu gün saat 17:00-da keçirilməliydi.

İdman.biz

Məqalədə: