Azərbaycan üçün 7-ci duel: məğlubedilməz almaniyalılar

Xəbərlər
23 Fevral 2024 20:21
111
Azərbaycan üçün 7-ci duel: məğlubedilməz almaniyalılar

Avropa Liqasının 1/8 finalına yüksəlməklə tarix yazan “Qarabağ” Almaniya “Bayer”i ilə görüşəcək.

İdman.biz xəbər verir ki, bu, Azərbaycan və Almaniya klublarının avrokuboklardakı 7-ci dueli olacaq.

İndiyədək iki ölkə təmsilçilərinin yolları 6 dəfə kəsişib. Bunlardan ikisi pley-off, dördü qrup mərhələsinə təsadüf edib. Elə son duel də bu iki komanda arasında olub.

Cari mövsümün qrup mərhələsində “Bayer” Leverkuzendə 5:1, Bakıda 1:0 hesablı qələbə qazanıb. Ümumiyyətlə, 6 duelə sığan 12 matçda Azərbaycan klubları qələbə qazanmayıb. Cəmi 1 heç-heçəsi olan təmsilçilərimiz 11 dəfə uduzublar. Bu qarşılaşmalarda almaniyalılar 30, kublarımız isə 7 qola imza atıb.

2010/11 mövsümü, Avropa Liqası, pley-off
19.08.2010. “Borussiya” D – “Qarabağ” – 4:0
26.08.2010. “Qarabağ” – “Borussiya” D – 0:1

2013/14 mövsümü, Avropa Liqası, pley-off
22.08.2013. “Qarabağ” – “Ayntraxt” – 0:2
29.08.2013. “Ayntraxt” – “Qarabağ” – 2:1

2015/16 mövsümü, Avropa Liqası, qrup mərhələsi
22.10.2015. “Qəbələ” – “Borussiya” D – 1:3
05.11.2015. “Borussiya” D – “Qəbələ” – 4:0

2016/17 mövsümü, Avropa Liqası, qrup mərhələsi
29.09.2016. “Qəbələ” - “Mayns” - 2:3
08.12.2016. “Mayns” – “Qəbələ” – 2:0

2022/23 mövsümü, Avropa Liqası, qrup mərhələsi
08.09.2022. “Frayburq” – “Qarabağ” – 2:1
03.11.2022. “Qarabağ” – “Frayburq” – 1:1

2023/24 mövsümü, Avropa Liqası, qrup mərhələsi
26.10.2023. “Bayer” – “Qarabağ” – 5:1
09.11.2023. “Qarabağ” - “Bayer” – 0:1

İdman.biz