Andrey Lunyov: “Çalışacağıq ki, “Bayer”ə qalib gələk və mərhələ adlayaq”

Müsahibə
23 Fevral 2024 17:02
950
Andrey Lunyov: “Çalışacağıq ki, “Bayer”ə qalib gələk və mərhələ adlayaq”

“Sabiq komandama qarşı oynamaq xüsusi hisslər oyadacaq. Onlarla oynamağımız yaxşı oldu”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

Rusiyalı qapıçı “Matç TV”yə açıqlamasında Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasına və yenidən “Bayer”ə rəqib olmaqlarına münasibət bildirib: “Bayer” çox yaxşı komandadır. Xüsusilə də indi çox güclüdürlər. Çalışacağıq ki, “Bayer”ə qalib gələk və mərhələ adlayaq. Rəqibi tanımağımız bir tərəfdən müsbət məqamdır. Amma bir məsələ də var ki, zədələr üzündən onların heyətində rotasiyalar aparılıb. Üstəlik, onlar hələ uduzmayıblar. Bizim üçün əlavə stimul var. Hərçənd bizim üçün bu stimulu axtarmağa da ehtiyac yoxdur (gülür). Bu, “Bayer”dir və onlara qarşı çıxıb döyüşmək lazımdır. “Bayer”i müəyyən dərəcədə mümkün rəqiblərimiz arasında ən çətini saymaq olar. Hesab edirəm ki, Almaniya klubu turnirin favoritlərindən biridir. Şərti olaraq “Slaviya” düşsəydi, nisbətən asan olardı. Amma düşünürəm ki, bu mərhələdə asan rəqib yoxdur”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə marın 7-də Bakıda, 14-də Leverkuzendə qarşılaşacaq.

İdman.biz