Dani Alvesə hökm oxunub

Xəbərlər
22 Fevral 2024 13:48
1 334
Dani Alvesə hökm oxunub

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alvesin cəzası bəlli olub.

İdman.biz xəbər verir ki, Barselona məhkəməsi seksual zorakılıqda təqsirli bilinən müdafiəçini 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Prokurorluq maksimum 12 il cəzalana biləcək Alves üçün 9 illik azadlıqdan məhrumetmə istəyib. Məhkəmə bunun yarısı ilə kifayətlənib. Futbolçunun vəkilləri Kataloniya Ali Məhkəməsinə, ardınca İspaniya Ali Məhkəməsinə apelyasiya vermək hüququna malikdir.

Alves 2022-ci il dekabrın 31-də Barselonanın gecə klublarından birində qızı zorladığı üçün cəzalandırılıb. O, 2023-cü il yanvarın 20-də saxlanılıb. Dani 23 yaşlı zərərçəkənə 150 min avro mənəvi kompensasiya haqqı ödəyəcək.

Qeyd edək ki, müdafiəçi “Barselona”da oynadığı illərdə 6 dəfə İspaniya çempionu, Çempionlar Liqası, ölkə kuboku və Superkubokunun qalibi olub.

İdman.biz