Ən məhsuldar braziliyalılar açıqlanıb: Juninyo ikincidir

Xəbərlər
22 Fevral 2024 10:22
519
Ən məhsuldar braziliyalılar açıqlanıb: Juninyo ikincidir

Avropada ən çox qol vuran braziliyalı futbolçuların siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, 2023/24 mövsümündə vurulan qolların sayında ən yaxşılar sırasında Olavio Juninyo da yer alıb.

“Qarabağ”ın hücumçusu 17 qolla üçüncü pillədə göstərilib. Juninyonun Premyer Liqada 14, Avropa Liqasında 3 qol vurduğu nəzərə alınıb. Hərçənd “sambaçı”nın hesabında 21 qol var. O, Premyer Liqada 15, Avropa Liqasında 4, Azərbaycan kubokunda 2 dəfə fərqlənib. Juninyo əslində Braziliyanın ikinci bombardiridir.

O, yalnız Avropanın ən məhsuldar braziliyalısı İqor Tyaqodan geri qalır. “Brügge”nin hücumçusu bu mövsümün 37 matçında 25 qol vurub.

“Top-5”də yer alanlardan “Brayton”un gənc istedadı Joao Pedro 18 qola imza atıb. “Neftçi”nin sabiq hücumçusu, hazırda “Partizan”da forma geyinən Mateus Saldanya 15 qolla 4-cü yerdədir. “Beşliy”i “Porto”nun ulduzu Evanilson qapayır. Onun aktivində 12 top var.

Qeyd edək ki, Juninyolu “Qarabağ” bu gün Avropa Liqasının pley-offunda “Braqa”nı qəbul edəcək.

İdman.biz

Məqalədə: