Yığmamız Belarusa uduzub

Xəbərlər
19 Fevral 2024 01:03
105
Yığmamız Belarusa uduzub

Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığma ev sahiblərinin U-18 komandası ilə qarşılaşıb.

Matç futbolçularımızın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 turnirdə növbəti oyununu fevralın 20-də Rusiyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

İdman.biz