“Qarabağ” Portuqaliyanı fəth edib - VİDEO

Xəbərlər
16 Fevral 2024 01:56
889
“Qarabağ” Portuqaliyanı fəth edib - VİDEO

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da ilk oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Portuqaliyada Avropa Liqasındakı ilk pley-off matçında “Braqa”nı məğlub edib. Azərbaycan çempionu səfərdə 4:2 hesabı ilə qalib gələrək, mərhələ adlamaq üçün əla şans qazanıb. Komandanın qollarını Marko Yankoviç, Juninyo Olavio və Abdullah Zubir (2) vurublar.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Avropa Liqası

Pley-off, ilk oyun
15 fevral
00:00. “Braqa” – “Qarabağ” - 2:4
Qollar:
Simon Banza, 44. Moutinyo, 90+1 (pen.) - Marko Yankoviç, 21 (pen.). Abdullah Zubir, 54; 69. Juninyo Olavio, 65
Baş hakim: Morten Knoq (Danimarka)
"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Sikou Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Calo
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukas Horniçek, 5. Serdar Saatçi, Joze 6. Fonte, 10. Şer Ndur, 11. Roje Fernandeş, 17. Yosafat Mendes, 20. Roni Lopes, 22. Pizzi, 55. Cissumba, 59. Yan Said, 90. Cibril Sumare
Baş məşqçi: Artur Jorje
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Ağabala Ramazanov, 5. Maksim Medvedev, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 65. Patrik Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Braqa. “Estadio Munisipal”

İdman.biz