“Star Bakı” Azərbaycan çempionatına qələbə ilə başlayıb

5 Noyabr 2026 21:44
32
“Star Bakı” Azərbaycan çempionatına qələbə ilə başlayıb

Minifutbol üzrə Azərbaycan çempionatının ilk turunda “Siyəzən” və “Star Bakı” komandaları qarşılaşıblar.

İdman.Biz xəbər verir ki, görüş paytaxt təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Zirə” “Buxar”ı 9:0, “Birbaşa Bakı” isə “Galaxy”ni 5:2 hesabı ilə məğlub edib. “AZNUR” və DİN İdman Cəmiyyətinin qarşılaşması 5:5 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz