“Şəfa”nın futbolçusu: “Uğursuz seriyanı dayandıracağımıza inanıram” - MÜSAHİBƏ

15 Oktyabr 2026 16:04
90
“Şəfa”nın futbolçusu: “Uğursuz seriyanı dayandıracağımıza inanıram” - MÜSAHİBƏ

“Özümə qarşı hər zaman tənqidi yanaşıram və potensialımın daha yüksək olduğuna inanıram”.

Bunu “Şəfa”nın futbolçusu Dilan Mertens sport.24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Komandanın “qara zolaq”da olması psixoloji cəhətdən futbolçulara necə təsir edir?

- Hər kəs qazanmaq istəyir. Bir daha qeyd edirəm ki, ardıcıl uğursuzluq olanda təbii olaraq gərginlik və narazılıq yaranır. Bu, tamamilə normaldır. Buna baxmayaraq, bir-birinə güvənən futbolçularımız var. Kollektiv olaraq bu vəziyyətdən çıxmaq istəyirik.

- Geridə qalan turlar ərzində öz çıxışını necə dəyərləndirirsiniz, çempionata uyğunlaşa bilmisiniz?

- Özümə qarşı hər zaman tənqidi yanaşıram və potensialımın daha yüksək olduğuna inanıram. Bunu meydanda göstərmək üçün çalışmağa davam etməli, vurduğum qollar və verdiyim məhsuldar ötürmələrlə komandama daha çox faydalı olmalıyam. Potensialım buna imkan verir.

- Qarşıdakı oyunlarda sizi nisbətən münasib rəqiblər gözləyir. Sizcə, “Şəfa” bu fürsətdən istifadə edib uğursuz seriyanı dayandıra biləcək?

- Əlbəttə, buna inanıram. Çünki inam yoxdursa, futbol oynamağın da mənası yoxdur. Əminəm ki, qarşıdakı oyunlarda xallar qazanaraq turnir cədvəlində mövqeyimizi yaxşılaşdıracağıq.

İdman.Biz
Məqalədə: