AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib - FOTO

15 Oktyabr 2026 16:43
105
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib - FOTO

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində 2027/2028 lisenziyalaşdırma mövsümünə həsr olunmuş açılış iclası keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda AFFA-nın əməkdaşları, Misli Premyer Liqası, Birinci və İkinci Liqa, eləcə də Qadınlar Super Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər.

Lisenziya və Qeydiyyat departamentinin rəisi Seymur Səlimli iclası açaraq klublara yeni lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıb.

İclasda ötən mövsümün icmalı, Lisenziya və Qeydiyyat departamentinin yenilənmiş təşkilati strukturu, rəsmi sənədlərdə və lisenziyalaşdırma qaydalarında edilən dəyişikliklər, həmçinin klubların növbəti mərhələdə atmalı olduqları addımlarla bağlı təqdimatlar keçirilib.

Tədbirin sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.

İdman.Biz
Məqalədə: