Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunda “Araz-Naxçıvan”ı qəbul edəcək “Sumqayıt”ın heyətində itkilər müəyyənləşib.
Bu barədə “kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə məlumat verib.
O bildirib ki, Rüstəm Əhmədzadə və Jeam Oliveyra sözügedən oyunda iştirak edə bilməyəcəklər.
“Misli Premyer Liqasının yeddinci turunda "Qəbələ" ilə matçda zədələnən "Sumqayıt"ın futbolçuları Rüstəm Əhmədzadə iki, Jeam Oliveyra isə altı-səkkiz həftə ərzində kollektivdən ayrı düşəcək”, - deyə o açıqlamasında bildirib.
Qeyd edək ki, “Sumqayıt” - “Araz-Naxçıvan” görüşü oktyabrın 16-da saat 19:00-da “SOCAR Polymer Arena” keçiriləcək. “Sumqayıt” beş xalla səkkizinci, iki xalı olan “Araz-Naxçıvan” isə 12-ci pillədə qərarlaşıb.
