“Barselona”nın braziliyalı hücumçusu Qabriel Jezuş Pep Qvardiola və Hans-Diter Flikin məşqçilik üslublarını müqayisə edib.
İdman.Biz xəbər verir ki, Jezuşun sözlərini “Barça Universal” dərc edib.
“Qvardiola taktikaya daha çox diqqət yetirirdi. Fliklə isə özün olmalısan, lazım gəldikdə daha sadə oynamalı, daha çox qaçmalı, pressinq etməli və komandaya kömək göstərməlisən. Hər iki yanaşma işləyir və nəticə verir”, – deyə braziliyalı bildirib.
Braziliyalı futbolçu 2017-2022-ci illərdə “Mançester Siti”də Qvardiolanın rəhbərliyi altında çıxış edib. O, daha sonra dörd mövsüm “Arsenal”da oynayıb, ötən yay isə Flikin rəhbərlik etdiyi “Barselona”ya keçib.
Jezuş cari mövsümdə dörd oyunda meydana çıxıb və iki qol vurub.
